“Qızıl buts”a göz dikmişəm” - Uotkins

İngiltərə Premyer Liqasının 33-cü turunun “Arsenal”la səfər oyununda “topçular”a qol vuraraq komandasının 2:0 hesablı qələbəsinə töhfə vermiş, “Aston Villa”nın hücumçusu Olli Uotkins bombardirlik uğrunda mübarizəsindən danışıb.

Sports.az ingiltərəli hücumçunun bu barədə fikirlərini təqdim edir:

“Hücumçu kimi çox qol vurmaq istəyirəm. Düzünü desəm, gözüm “Qızıl buts”dadır”, deyə Uotkins vurğulayıb.

Hazırda Uotkins Premyer Liqada 19 qol vurub və yarışın 20 qolla ən sərrast qolçuları - “Çelsi”nin ingilis yarımmüdafiəçisi Koul Palmerdən və “Mançester Siti”nin norveçli mərkəz hücumçusu Erlinq Halanddan cəmi 1 qol geri qalır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar