Dünya futbolu
“Bayer”in yaxın gələcəyə strategiyası məlum oldu
18.04.2024 | 23:05
“Bayer”in baş direktoru Fernando Karro Leverkuzen klubunun digər aparıcı Bundesliqa klubları ilə maliyyə fərqləri, eləcə də yaxın gələcək üçün inkişaf strategiyası haqqında danışıb.
Sports.az Karronun bu barədə fikirlərini təqdim edir:
“Bayern”in büdcəsi bizim büdcədən üç dəfə, Dortmund “Borussiya”sının büdcəsi isə iki dəfə çoxdur. Maliyyə baxımından biz onlara çata bilməyəcəyik, ona görə də digər baxımlarda daha yaxşı olmalıyıq”.