Arauxo Gündoğanın tənqidinə cavab verdi

“Barselona”nın uruqvaylı mərkəz müdafiəçisi Ronald Arauxo “blauqrana”nın almaniyalı yarımmüdafiəçisi İlkay Gündoğanın tənqidini cavablayıb.

Sports.az xatırladır ki, Gündoğan Çempionlar Liqasının 1/4 finalında PSJ ilə oyunda (1:4) birbaşa qırmızı vərəqə almış Arauxonun yerində olması halında, meydandan qovulmayacağı haqda tənqidi fikir səsləndirmişdi.

“Düşündüklərimi özümdə saxlamağı üstün tuturam. Mənim hörmət edilməli olan öz qaydalarım və dəyərlərim var”, deyə Arauxo komanda yoldaşının tənqidinə qarşılıq bildirib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar