Poçettino “Çelsi”nin oyunçularının davranışını biabırçılıq adlandırdı

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino İngiltərə Premyer Liqasının 33-cü turunun “Everton”la oyununda (6:0) futbolçuları arasında penalti vurmaq hüququ uğrunda mübarizədən danışıb.

Sports.az argentinalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Ştat üzrə penalti Palmer yerinə yetirir. Bu, bir daha olmayacaq, bir daha uşaq kimi davranmaq olmaz. Bu, biabırçılıqdır. Futbolçulara dedim ki, bu cür davranışı sonuncu dəfə qəbul edirəm. Mən zarafat etmirəm. Yenə çox aydın. Koul Palmer - penaltiçidir”, deyə “Poç” vurğulayıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar