“Real” Avropanın ən yaxşı komandası olduğuna inanır” - Karrager

“Liverpul”un keçmiş müdafiəçisi, hazırda isə futbol mütəxəssisi çalışan Ceymi Karrager Çempionlar Liqasının 1/4 final mərhələsində “Mançester Siti” - “Real” oyunu haqda danışıb.

Sports.az xatırladır ki, ilk oyunda Madriddə 3:3 hesablı heç-heçə oynamış komandalar Mançester 3:3 hesablı heç-heçə ilə barışıblar, penaltilər silsiləsində isə “Real” “şəhərlilər”i mübarizədən kənarlaşdırıb - 4:3.

“Real”ın “Mançester Siti”dən daha yaxşı komanda olduğunu düşünmürəm. Bəzən Çempionlar Liqasını qazanan komanda mütləq Avropanın ən yaxşısı deyil. “Real” qalib gəlməyin yolunu tapdı. “Mançester Siti” daha yaxşı idi, amma Madriddə xüsusi bir şey var. Rəqiblərinə nəzarət edirlər. Onlarda qalibiyyət zehniyyəti, Avropanın ən yaxşı komandası olduğuna inam var”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar