Dünya futbolu
Palmer penalti vurmaq üstündə didişmə haqda danışdı
18.04.2024 | 23:40
“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer İngiltərə Premyer Liqasının 33-cü turunun “Everton”la oyununda (6:0) penalti vurmaq hüququ uğrunda mübarizədən danışıb.
Sports.az Palmerin bu barədə fikirlərini təqdim edir:
“Başqa oyunçular vurmaq istəyirdilər, hesab 4:0 olanda isə bunu başa düşmək olar. Amma mən komandanın daimi penaltiçisiyəm və bu zərbəni vurmaq istəyirdim. Buna görə mən də vurdum. Hər kəsin məsuliyyət daşımaq istədiyini göstərməyə çalışdıq. Ola bilsin ki, bir az həddi aşmışıq, amma bütün oyunçular kömək etmək istəyirlər. Ciddi bir şey yoxdur, buna gülüb zarafat etdik. Məşqçi bu vəziyyəti bizimlə müzakirə etdi”.