Avroliqada yarımfinalçılar bəlli oldu

Bu gün Avropa Liqasında 1/4 final mərhəsinə yekun vurulub.

Sports.az xəbər verir ki, bu mərhələnin cavab qarşılaşmaları eyni saatda start götürüb.

“Bayer” “Vest Hem”lə, “Atalanta” “Liverpul”, “Roma” isə “Milan”la duellərdən qalib ayrılaraq yarımfinala yüksəliblər. “Benfika” ilə qarşılaşan Marsel “Olimpik”i isə buna penaltilər sayəsində nail olub.

Beləliklə, Avroliqanın yarımfinalında Marsel “Olimpik”i ilə “Atalanta” qarşılaşacaqsa, “Roma” “Bayer”lə mübarizə aparacaq. Yarımfinal matçları mayın 2-də və 9-da keçiriləcək.

Avropa Liqası
1/4 finalın cavab oyunları

18 aprel

“Roma” (İtaliya) - “Milan” (İtaliya) 2:1 (ilk oyun 1:0)
Qollar: Mançini, 12. Dibala, 22 – Qabbiya, 85.

“Atalanta” (İtaliya) - “Liverpul” (İngiltərə) 0:1 (3:0)
Qol: Salah, 7-pen.

“Olimpik” (Marsel, Fransa) - “Benfika” (Portuqaliya) 1:0, penaltilər 3:2 (1:2)
Qol: Mumbaqna, 79.

“Vest Hem” (İngiltərə) - “Bayer” (Almaniya) 1:1 (0:2)
Qollar: M.Antonio, 13 – Frimponq, 89.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar