“Real”ın Mbappeyə ödəyəcəyi imza üstəliyinin məbləği məlum oldu

PSJ-nin fransalı ulduz hücumçusu Kilian Mbappe “Real”la müqavilə imzaladıqdan sonra təsirli məbləğdə imza üstəliyi alacaq.

Sports.az xəbər verir ki, imza üstəliyinin məbləği 100 milyon avronu keçəcək, amma bu məbləğ fransalı ulduza 5 il ərzində ödəniləcək.

Xatırladaq ki, Kilian Mbappe cari mövsümün sonunda PSJ-dən ayrılacağını açıqlamışdı. Ulduz futbolçunun karyerasını harada davam etdirəcəyi ilə bağlı hələlik rəsmi açıqlama yoxdur. Bununla belə, daha əvvəl mətbuat Mbappenin artıq “Real” müddəti 2029-cu ilə qədər qüvvədə olacaq müqavilə imzaladığını bildirib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar