Səudiyyə Ərəbistanı klubları “Mançester Yunayted”in kapitanını gözaltı ediblər

“Mançester Yunayted”in portuqal yarımmüdafiəçisi və kapitanı Bruno Fernandes Səudiyyə Ərəbistanı Peşəkar Liqasının klublarının maraq dairəsindədir.

Sports.az xəbər verir ki, ərəblərin bu marağına rəğmən, onların “qırmızı şeytanlar”ın kapitanı ilə razılaşma ehtimalı azdır.

Belə ki, “Mançester Yunayted” Fernandesi həm meydanda ifaçı, həm də lider kimi ən vacib oyunçusu hesab edir.

Vurğulanır ki, İngiltərə nəhənginin Bruno Fernandesin satışı haqda düşünməsi üçün klub müstəsna təklif almalı və ya futbolçunun özü də Mançesteri tərk etmək istəyində olmalıdır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar