“Vardi “Komo”nun yeni mövsüm üçün hədəfi deyil”

İtaliyanın “Komo” komandasının çalışdırıcısı, sənədləşməyə görə adı kağız üzərində baş məşqçisinin köməkçisi kimi qeyd edilmiş Sesk Fabreqas, ingilis hücumçu Ceymi Vardinin mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibətini bildirib.

Sports.az ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Vardi “Komo”nun yeni mövsüm üçün hədəfi deyil. Layihəmizə inanan və burada oynamaq istəyən futbolçularla müqavilə imzalayacağıq. Rəqabətəqadir komanda toplayacağıq”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar