De Bröyne Fabreqasın rekordunu təkrarladı

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Kevin De Bröyne Sesk Fabreqasın Premyer Liqadakı rekordunu təkrarladı.

Sports.az "Opta"ya istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi buna "Tottenhem"ə səfərdə 2:0 hesabı ilə qalib gəldikləri 34-cü turun matçında məhsuldar ötürmə verməklə nail olub.

O, cari çempionatda 10 assistlə yadda qalıb. Beləliklə, 32 yaşlı futbolçu ardıcıl 6 Premyer Liqa mövsümündə ən azı 10 məhsuldar ötürmə verib.

Fabreqas İngiltərədə "Çelsi" və "Arsenal"ın formasını geyinib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar