Almaniya millisinin üçüncü qapıçısı müəyyənləşdi

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann AÇ-2024-ün heyətində zədəli qapıçı Bernd Lenonu əvəz edəcək futbolçu ilə bağlı qərar verib. 

Sports.az xəbər verir ki, millinin qapısını “Bayern”in qolkiperi Aleksandr Nübel qoruyacaq.

Nübel icarə əsasında “Ştutqart”da çox yaxşı mövsüm keçirib və bunun sayəsində “Bayern”lə yeni müqavilə imzalayıb. 

Nübel Naqelsmannın qapı üçün üçüncü seçimi olacaq. Daha öncə “Bayern”dən Manuel Noyer və “Barselona”dan Mark-Andre ter Ştegen də milliyə çağırılmışdı.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar