“Son daha güclü komandalarda kuboklar qazanardı” – Mourinyo

“Tottenhem”in sabiq baş məşqçisi Joze Mourinyo “mahmızlar”ın koreyalı hücumçusu Son Hın Min haqda fikirlərini paylaşıb.

Sports.az portuqal mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Tottenhem” azarkeşləri yəqin ki, bu sözləri bəyənməyəcəklər, baxmayaraq ki, mən bu kluba hörmətsizlik etmək istəmirəm. Yenə də deyim ki, Son daha güclü komandalarda kuboklar qazanardı. İngiltərədə “Mançester Siti”, “Liverpul” və ya “Çelsi”də oynaya bilərdi. Yaxud hansısa xarici nəhənglərin birində. O, çox mobil futbolçudur, həm cinahda, həm də meydanın ortasında oynamağı bacarır”, deyə “Mour” bildirib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar