“Mançester Yunayted”in futbolçusu Portuqaliya klubunda

“Mançester Yunayted”in futbolçusu Alvaro Fernandes karyerasını Portuqaliya çempionatında – “Benfika”da davam etdirəcək.

Sports.az “Benfika”nın mətbuat xidmətinə istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi ilə müqavilə 2029-cu ilə qədər nəzərdə tutulub. 

Fernandes 2023/24 mövsümündə icarə əsasında Lissabon komandasında çıxış edib. O, “Benfika”nın heyətində 16 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçunun transfer dəyəri 7 milyon avro olaraq qiymətləndirilir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar