Hüseynovlu “Arda”dan mövsümün son matçında qələbə

Bolqarıstan çempionatında mövsümə yekun vurulub.

Sports.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun komandası “Arda” da sonuncu matçına çıxıb.

Sözügedən komanda 36-cı tur çərçivəsində səfərdə “Botev”lə qarşılaşıb. “Arda” bu görüşdə 1:0 hesablı qələbəyə sevinib.

Cəlal da bu matçın iştirakçısı olub. O, 83-cü dəqiqədə meydana buraxılıb.

“Arda” 51 xalla mövsümü 8-ci pillədə başa vurub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar