Ronaldodan yeni rekord

Səudiyyə Ərəbistanı Pro Liqasında 34-cü turun oyunları çərçivəsində “Əl-İttihad”la matçda (4:2) dubl edən “Əl-Nasr” klubunun üzvü Kristiano Ronaldo yeni rekorda imza atıb.

Sports.az xəbər verir ki, 35 yaşlı futbolçu 4 fərqli ölkə çempionatında ən çox qol vuran futbolçu kimi tarixə düşüb.

35 qolla Səudiyyə Ərəbistanı çempionatının bombardiri olan Ronaldo, daha əvvəl üç dəfə İspaniya La Liqası, İtaliya A Seriyası və İngiltərə Premyer Liqasında da ən çox qol vuran futbolçuarın siyahısına başçılıq edib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar