“Qarabağ”ın futbolçusu oynadı, Əlcəzair millisi qələbə qazandı

DÇ-2026-nın Afrika zonası üzrə seçmə mərhələnin oyunları keçirilir.

Sports.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Yassin Benzianın formasını geyindiyi Əlcəzair millisi səfərdə Uqanda yığması ilə qarşılaşıb. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Benzia da bu görüşün iştirakçısı olub. 29 yaşlı yarımmüdafiəçi 69-cu dəqiqədə Said Benrahmanın əvəzinə meydana daxil olub.

4 turdan sonra 9 xal toplayan Əlcəzair yığması G qrupunun lideridir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar