“Bayern” “Fulhem”in futbolçusu ilə anlaşdı

“Bayern” digər klubların “Fulhem”in yarımmüdafiəçisi Joao Palinya ilə maraqlanmasına sakit yanaşır.

Sports.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen təmsilçisi “Bayern”ə transfer olmaq istəyən futbolçu ilə anlaşıb.

İngiltərə Premyer Liqası klublarının Palinyanın xidmətində maraqlı olduğu, lakin futbolçunun özünün “Bayern”ə keçmək istədiyi bildirilirdi. Baş məşqçi Vensan Kompani portuqaliyalı futbolçunun komandaya transferinə razılıq verib.

28 yaşlı yarımmüdafiəçi “Fulhem”in heyətində son mövsümdə 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar