Dünya futbolu
Sanço özünün “Çelsi”dəki hədəfindən danışdı
04.09.2024 | 23:40
“Çelsi”nin 24 yaşlı vingeri Ceydon Sanço London klubunda nəyə nail olmaq istədiyindən danışıb.
Sports.az ingilis futbolçunun bu barədə fikrini təqdim edir:
“Qollar vurmaq və məhsuldar ötürmələr vermək istəyirəm. Mən təcrübəli oyunçuyam və “Stemford Bric”ə həyəcan gətirmək istəyirəm. Ümidvaram ki, məndə hər şey alınacaq”.