“Saçonun necə bir oyunçu olduğunu göstərmək istəyi var”

“Çelsi”sinin baş məşqçisi Entso Mareska “zadəganlar”a yeni qoşulmuş ingilis cinah hücumçusu Ceydon Sançonun kluba təsirindən söhbət açıb.

Sports.az italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mənə elə gəlir ki, Ceydon azarkeşlərin məhəbbətinə ehtiyacı olan bir oğlandır. Bizə qoşulmazdan əvvəl onunla danışanda belə düşünmüşdüm. Mən də bilirəm ki, onun necə bir oyunçu olduğunu göstərmək istəyi var, amma mənim üçün onun meydanda oynamasını izləmək, sadəcə, futbolun bir həzzidir”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar