“Real”ın ukraynalı qapıçısının yeni maaşı bilindi

Madrid “Real”ının ukraynalı qapıçısı Andrey Luninin İspaniya nəhəngi ilə müqaviləsinin müddətini 2030-cu ilə qədər uzaddıqdan sonra maaşı da artıb.

Sports.az xəbər verir ki, əvvəllər 25 yaşlı ukraynalı qapıçı ildə 2,5 milyon avro məbləğində qazanırdısa, indi ildə 4,5 milyon avro məbləğində maaş alacaq.

Bu, “Real”ın belçikalı əsas qapıçısı Tibo Kurtuanın aldığı maaşın – 9 milyon avro məbləğin tam yarısıdır.

Xatırladaq ki, tərəflər arasında müqavilənin müddətinin uzadılması ilə bağlı sentyabrın 13-də rəsmən məlumat verilib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar