Noyer Ter Ştegenlə görüşəcək

Almaniya yığmasının sabiq, “Bayern”in cari qapıçısı Manuel Noyer bundestimdən ayrılmasını ilk dəfə şərh edib.

Sports.az xəbər verir ki, Noyer Almaniya yığmasının qapısında öz yerini almış həmkarı Mark-Andre ter Ştegenlə görüşmək niyyətindən də söhbət açıb:

“Kənardan izləmək çox gözəl idi. İndi mən də azarkeşəm. Mən ona ən yaxşısını arzulayıram, əlbəttə. Təkcə onun üçün deyil, digər qapıçılar üçün də. Mən həmişə güclü qapıçılarımızın olmasını dəstəkləyirəm. Ter Ştegenlə yenidən görüşəcəyik. Mən Mark da daxil olmaqla hamı ilə görüşməyin intizarındayam”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar