“İndi “Qızıl top”u qazana biləcək dörd-beş oyunçu var”

“Real”ın ispan keçmiş futbolçusu Quti “Qızıl top” üçün səsvermədə kimə səs verəcəyi ilə bağlı sualı cavablayıb.

Sports.az keçmiş futbolçunun bu barədə cavabını təqdim edir:

“Mövsümün ilk yarısından danışsaq, mükafatı Bellingemə verərdim. Mövsümün ikinci yarısından söhbət açsaq, mükafatı Vinisiusa verərdim. Tam bir mövsümə gəlincə isə, bu halda, mükafatı Karvaxala verərdim. O, mövsüm boyu, o cümlədən İspaniya yığmasında yaxşı idi.

İndi “Qızıl top”u qazana biləcək dörd-beş oyunçu var. Daha əyləncəli olub. Əvvəllər yalnız Messi və ya Kristiano vardı”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar