“Çelsi” Mudriklə yollarını ayırmağa hazırdır

“Çelsi”nin ukraynalı cinah hücumçusu Mixaylo Mudrik gələn qış “zadəganlar”dan ayrıla bilər.

Sports.az xəbər verir ki, London klubu özü bu təşəbbüsdədir – söhbət Mudrikin həm satışından və həm də icarəsindən gedir.

Bildirilir ki, ukraynalı cinah hücumçusu ilə “Bayern”, Marsel “Olimpik”i və İngiltərə Premyer Liqasının bir sıra klubları maraqlanırlar.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar