Vilya Yamalın Messi ilə müqayisəsinə münasibətini açıqladı

İspaniya yığmasının sabiq hücumçusu David Vilya “Barselona”nın 17 yaşlı yeniyetmə ispan cinah hücumçusu Lamin Yamalın, argentinalı ulduz hücumçu Lionel Messi ilə müqayisə edilməsinə münasibətini açıqlayıb.

Sports.az Vilyanın bu barədə fikrini təqdim edir: 

“Lamin xüsusi oyunçudur, müstəsnadır, biz əvvəllər belə birini görməmişdik. Məsələ onun gənc olmasında və yaşına görə erkən yetkinliyində deyil, amma mən dəfələrlə demişəm ki, oyunçuları Messi ilə müqayisə etmək səhvdir. Bu, istənilən futbolçuya aiddir, istər Laminə, istər Halanda, istərsə də Mbappeyə…

Onu Messi ilə müqayisə etmək olmaz, çünki Lionel hamıdan fərqlidir. Amma bu adamın etdikləri bizi elə düşündürür ki, onun hüdudunun harada olduğunu bilmirik”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar