“Mançester Siti”də Edersonla bağlı vacib qərar qəbul edildi

“Mançester Siti” “şəhərlilər”in braziliyalı qapıçısı Ederson Moraesin gələcəyi ilə bağlı mühüm qərar qəbul edib.

Sports.az xəbər verir ki, “Mançester Siti” rəhbərliyi braziliyalı qapıçını klubda saxlamaq istəyindədir.

“Şəhərlilər” tezliklə Edersonun müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlara başlamağı nəzərdə tutublar.

Xatırladaq ki, 31 yaşlı braziliyalı qapıçının “Mançester Siti” ilə cari əmək müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar