“Real”ın iki futbolçusu “təhlükədədir”

“Real” “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Halandı satın almaq niyyətindədir.

Sports.az xəbər verir ki, bu baxımdan, İspaniya nəhəngi “qaymaqlılar”ın heyətində hücum xəttində həddindən artıq “bardaq” olmaması üçün hücumameyilli oyunçularından birini satmalı olacaq.
Vurğulanır ki, braziliyalı ulduzlardan biri – Vinisius Junior və ya Rodriqo Qoes “Real”dan ayıra bilər.

“Vini”nin Səudiyyə Ərəbistanında seçimləri var, həmçinin “Mançester Yunayted” və “Liverpul” braziliyalı ulduzla maraqlanırlar. “Mançester Siti” və PSJ isə Rodriqonunun keçidində maraqlıdır.

Xatırladaq ki, “Real”ın Haland üçün 150 milyon avro məbləğində xərc çəkməyə hazır olduğu haqda məlumat var.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar