Ronaldodan Bellingemə tərif

“Əl-Nəsr”in portuqal ulduz hücumçusu Kristiano Ronaldo “Real”ın ingilis yarımmüdafiəçisi Cud Bellingem haqda söhbət açıb.

Sports.az portuqal ulduzun bu barədə fikrini təqdim edir:

“Nəhəng imkana malik, böyük istedad. O, mühiti təmiz olan bir kluba keçib. O da digərləri kimi tərəqqi edir – Kamavinqa, Rodriqo, Vinisius. Düşünürəm ki, o, yüksək səviyyəli oyunçu olmağına kömək edəcək komandadadır. İnanıram ki, o, yeni nəslin ən yaxşı oyunçularından biri olacaq”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar