Dünya futbolu
Ozan Canın komandasından heç-heçə
21.09.2024 | 19:45
Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi HJK Finlandiya çempionatında 24-cü tur oyununa çıxıb.
Sports.az xəbər verir ki, komanda səfərdə VPS-lə qarşılaşıb.
Görüş 1:1 hesabı ilə başa çatıb. Ozan da bu görüşdə iştirak edib. O, 79-cu dəqiqədə meydana daxil olub.
HJK hazırda turnir cədvəlində 45 xalla (24 oyun) 2-ci pillədə qərarlaşıb.