“Aston Villa”nın hücumçusu aparıcı klubların maraq dairəsindədir

“Aston Villa”nın hücumçusu Con Duran aparıcı klubların marağına cəlb edib.

Sports.az xəbər verir ki, ayın əvvəlində 20 yaşlı futbolçu “şirlər”lə müqaviləsinin müddətini 2030-cu ilə qədər uzatsa da, kolumbiyalı futbolçunu mümkün gedişi ilə bağlı söz-söhbətlər səngimir.

“Barselona” və “Arsenal” Duran uğrunda yarışırlar və gələn il perspektivli hücumçu ilə müqavilə imzalamağı düşünürlər.
Vurğulanır ki, “Aston Villa” Duranın satışından ən azı 90 milyon avro məbləğində qazanc götürmək niyyətində olduğundan, futbolçunu şirnikləndirmək asan olmayacaq.

Durana adı açıqlanmayan bəzi yüksək səviyyəli klubların da iddia etdiyi bildirilir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar