“Zenit”in futbolçusu Artur Braziliyanın iki komandasına təklif edildi

Sankt-Peterburq “Zenit”inin hücumçusu Artur qışda Braziliya çempionatına qayıda bilər.

Sports.az xəbər verir ki, braziliyalı futbolçu “Kruzeyro” və “Flamenqo” klublarına təklif edib.

Bildirilir ki, hər iki klubun nümayəndələri Arturu öz komandalarında görmək istəyirlər.

Xatırladaq ki, Artur cari ilin yanvarında “Palmeyras”dan “Zenit”ə keçib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar