Qvardiola Halandın akrobatik qolundan danışdı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in norveçli hücumçusu Erlinq Halandın Çempionlar Liqasının ümumi mərhələsinin 3-cü turunun “Sparta” ilə oyununda (5:0) vurduğu qoldan danışıb.

Sports.az xatırladır ki, 58-ci dəqiqəsində norveçli qolçu inanılmaz sıçrayışla əks hərəkətdən ayağını çox yüksək qaldıraraq yuxarıdan aşağıya doğru akrobatik zərbə endirməyi bacarıb – top ot örtüyünə dəyib və yaxın küncdən qapıya daxil olub.

“Bu, inanılmazdır. O, çox hündürdür – və çox çevikdir! Onun Dortmund “Borussiya”sı üçün oxşar qolunu xatırlayıram. Hansının daha yaxşı olduğunu bilmirəm!”, deyə “Pep” vurğulayıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar