Dünya futbolu
ÇL-də həftənin ən yaxşı futbolçusu bəlli oldu
24.10.2024 | 21:44
İspaniyanın "Real" (Madrid) klubunun futbolçusu Vinisius Junior azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.
Sports.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, səsvermədə Rafinya ("Barselona"), Takumi Minamino ("Monako") və Ticani Reyndersi ("Milan") qabaqlayıb.
Xatırladaq ki, Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda "Borussiya" (Dortmund, Almaniya) ilə matçda het-trik edən braziliyalı vinger komandasının qələbəsinə əsas pay sahibi olmuşdu.