Salah və “Liverpul” yeni müqavilənin şərtləri ilə bağlı razılığa gələ bilmirlər

“Liverpul”un 32 yaşlı misirli ulduzu, cinah hücumçusu Məhəmməd Salah, klubla 2025-ci ilin yayında başa çatacaq müqaviləsinin müddətinin uzadılması ilə bağlı danışıqları davam etdirir.

Sports.az xəbər verir ki, buna rəğmən, tərəflər yeni əmək müqaviləsinin şərtlərini razılaşdırmaq baxımından ortaq məxrəcə gələ bilmirlər.

Əlavə edək ki, Salahın futbolçu karyerasını Səudiyyə Ərəbistanı və Avropanın digər klublarında davam etdirmək üçün başqa perspektivli seçimləri də var.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar