Dünya futbolu
“Bayern” Kimmixin maaş ixtisarı ilə bağlı məsələsini artıq müzakirə etmir
12.12.2024 | 13:00
“Bayern” münhenlilərin alman yarımmüdafiəçisi Yozua Kimmixin maaş ixtisarı ilə bağlı məsələsinin müzakirə edilməsini dayandırıb.
Sports.az xəbər verir ki, yarımmüdafiəçinin müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq və Münhen klubu əsas oyunçunu öz düşərgəsində saxlamaq istəyir.
“Bayern”in futbolçunun maaşını ixtisar etmək cəhdi, Kimmixin isə buna razılıq verməməsi ilə Münhen klubu bu fikrindən daşınıb.
Hazırda Kimmix ildə təxminən 20 milyon avro məbləğində qazanc götürür.