Dünya futbolu
“Napoli”nin Kvaratsxeliyanı əvəz edə biləcəyi futbolçu məlum oldu
13.01.2025 | 20:00
“Mançester Yunayted”in məzunu, ingiltərəli cinah hücumçusu Markus Raşford “Napoli”nin gürcü cinah hücumçusu Xviça Kvaratsxeliyanın əvəzinə Neapol klubuna keçə bilər.
Sports.az xəbər verir ki, Kvaratsxeliyanın gedişi təsdiqlənərsə, “Napoli” Raşfordu “eşşəkciklər”in heyətinə qatmağa çalışacaq.
Vurğulanır ki, Raşford yeni klub axtarışındadır və futbolçunun nümayəndələri hazırda İtaliya, Fransa, İspaniya və Almaniya klubları ilə fəal danışıqlar aparırlar.
Daha əvvəl Kvaratsxeliyanın cari qış transfer pəncərəsində Neapol klubunu tərk edərək, Fransa nəhəngi PSJ-yə keçmək niyyətində olduğu bildirilib. “Napoli”nin baş məşqçisi, italyan mütəxəssis Antonio Konte də Xviça Kvaratsxeliyanın transfer tələbini təsdiqləyib.