Dünya futbolu
“Milan”ın sabiq futbolçusu karyerasını başa vurdu
13.01.2025 | 16:15
Danimarka millisinin və İtaliyanın "Milan" klubunun sabiq futbolçusu Simon Kyaer karyerasını başa vurub.
Sports.az xəbər verir ki, 35 yaşlı müdafiəçi bu barədə "TV 2 Sport"a müsahibəsində bildirib.
O, AÇ-2024-dən bir il əvvəl bu barədə düşündüyünü bildirib:
"Karyeramı "Milan"da bitirmək istəyirdim, bu, ən yaxşı seçim idi".
Son olaraq 2024-cü ilin əvvəlində "Milan"ın formasını geyinən Simon Kyaer İspaniyada "Sevilya", Türkiyədə "Fənərbaxça"nın uğurları üçün də çalışıb.