Dünya futbolu
“Fənərbaxça”da ciddi itki
15.01.2025 | 19:30
"Fənərbaxça"nın qapıçısı Dominik Livakoviç zədə səbəbindən 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq.
Sports.az xəbər verir ki, 30 yaşlı qolkiper Super Liqanın 19-cu turunun "Konyaspor"la matçında zədələnib.
Müayinədən sonra onun sağ ayağının arxa əzələsində yırtıq aşkarlanıb.
"Konyaspor" - "Fənərbaxça" qarşılaşması İstanbul klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.