“Rubin”in lideri bu qış Kazan klubunu tərk edə bilər

“Rubin”in alban hücumçusu Mirlind Daku Kazan klubundan ayrılaraq İtaliya və ya Səudiyyə Ərəbistanı klublarından birinə keçə bilər.

Sports.az xəbər verir ki, Dakunun xidmətində “Parma” və “Kalyari” klubları, həmçinin Səudiyyə Ərəbistanının “Əl-Kadisiya” klubu maraqlıdır.

Vurğulanır ki, Səudiyyə Ərəbistanı klubu bu həftə futbolçu ilə əlaqə saxlayıb.

Daha əvvəl mətbuatda, Fransa klublarından birinin Mirlind Dakunun keçidində maraqlı olduğu haqda xəbərlər yayılmışdı.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar