Raşford “Barselona” dəftərini bağladı?

“Mançester Yunayted”in məzunu, 27 yaşlı ingiltərəli cinah hücumçusu Markus Raşford “Barselona”ya bildirib ki, Kataloniya klubu onu cari mövsümün sonuna qədər müddətə icarəyə almaq istəyirsə, yanvarın 15-i də daxil olmaqla, bu barədə yekun cavabını verməlidir.

Sports.az xəbər verir ki, Raşfordun keçidində artıq futbolçunun xidmətinə ehtiyacı olduğunu təsdiqləmiş, “blauqrana”nın alman baş məşqçisi Hans-Diter Flik şəxsən maraqlıdır.

Amma “Barselona” rəhbərliyi Raşfordun son vaxtlar nümayiş etdirdiyi qeyri-sabit oyuna görə belə bir əməliyyatın məqsədəuyğunluğuna şübhə edir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar