Dünya futbolu
Bitello “Botofaqo”da oynamaq istəyir
22.01.2025 | 16:00
Moskva “Dinamo”su 25 yaşlı braziliyalı yarımmüdafiəçi Bitelloya görə “Botafoqo”nun 18 milyon avro məbləğində ödəniş şərtləri ilə bağlı Braziliya klubu ilə razılaşa bilmir.
Sports.az xəbər verir ki, Moskva klubu əvvəlcədən müəyyən məbləğ tələb edir, qarşı tərəf bununla razılaşmır.
Tərəflər arasında danışıqlar dörd gündür davam edir, “Dinamo” yaxın günlərdə Braziliya klubuna son tarix təyin edib, futbolçunun özü isə danışıqlardakı çətinliklərə rəğmən, məhz “Botafoqo”da oynamaq istəyir. Bildirir ki, adı açıqlanmayan iki klub – xarici və Braziliya klubu “Dinamo”nun tələblərini yerinə yetirməyə hazırdır. Amma məhz “Botafoqo”da oynamağı hədəfləmiş Bitello “Dinamo”nun qış təlim-məşq toplanışına qatılmayıb.