Şerki Almaniyanın üç klubunun maraq dairəsindədir

Almaniyanın üç klubu Lion “Olimpik”inin 20 yaşlı fransız hücumameylli yarımmüdafiəçisi Rayan Şerki ilə maraqlanır.

Sports.az xəbər verir ki, bu klublar “Bayer”, Dortmund “Borussiya”sı və “Bayern”dir.

Bildirilir ki, Lion klubu ilə futbolçu arasında “gizli şifahi razılaşma” var və ona görə Şerki cari mövsümün sonunda müəyyən məbləğ qarşılığında klubu tərk edə bilər. Fransa klubu futbolçusunu 22,5 milyon avro məbləğ müqabilində buraxmağa hazırdır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar