“Çelsi” “Milan”ın Joao Feliksə görə təklifindən qane deyil

“Milan” portuqal hücumçu Joao Feliksin “rossoneri”nin düşərgəsinə keçidi ilə bağlı “Çelsi” ilə danışıqları davam etdirir.

Sports.az xəbər verir ki, “Milan” portuqal futbolçuya görə “zadəganlar”a 35-40 milyon avro məbləğ civarında ödəniş təklif etməyə hazırdır, amma London klubunu bu məbləğ qane etmir.

Klublar arasında Feliksin həmçinin transfer düsturu ilə bağlı da fikir ayrılıqları var. “Rossoneri” hücumçunu yalnız icarəyə götürülməsi seçimini nəzərdən keçirir ki, bura satınalma hüququ da daxildir. Öz növbəsində, “zadəganlar” oyunçunu ya satmaq, ya da icarəyə vermək istəyirlər, ancaq “Çelsi” futbolçunun “Milan”dan sonradan satın alınması öhdəliyini əlində rəhbər tutur.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar