Raşfordun agenti “Barselona” rəhbərliyi ilə görüşdü

“Mançester Yunayted”in 27 yaşlı ingiltərəli cinah hücumçusu Markus Raşfordun agenti “Barselona”nın idman direktoru Deku ilə görüş keçirib.

Sports.az xəbər verir ki, görüşdə Raşfordun “blauqrana”nın düşərgəsinə mümkün keçidi məsələsi müzakirə edilib.

Vurğulanır ki, Raşford “Barselona”ya keçməkdə maraqlıdır. Amma Kataloniya klubunun futbolçunu transfer edə bilməsi, “blauqrana”nın ispaniyalı futbolçuları – müdafiəçi Erik Qarsiyanın “Komo”ya keçib-keçməyəcəyindən və hücumçu Ansu Fatinin komandadan ayrılıb-ayrılmayacağından asılır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar