Dünya futbolu
Raşford Fransa nəhənginin hədəfindədir
23.01.2025 | 22:00
“Mançester Yunayted”in məzunu, 27 yaşlı ingiltərəli cinah hücumçusu Markus Raşfordun gələcəyi qeyri-müəyyən olaraq qalır və buna görə də futbolçunun adı ətrafında müzakirələr səngimir.
Sports.az xəbər verir ki, Raşfordla daha bir klub maraqlanır.
Bu, Fransa nəhəngi Marsel “Olimpik”idir. Marağına rəğmən, Marsel klubunun fəaliyyət planı haqda məlumat yoxdur.
Əlavə edək ki, “Olimpik”in heyətində “Mançester Yunayted”in ingilis keçmiş hücumçusu Meyson Qrinvud çıxış edir.