Klaudinyo “Palmeyras”ın prezidentinə kələk gəldi

Sankt-Peterburq “Zenit”inin 27 yaşlı braziliyalı hücumameyilli yarımmüdafiəçisi Klaudinyo iki dəfə “Palmeyras”ın prezidenti Leyla Pereyranı aldadaraq, Qətər çempionatına keçməkdə maraqlı olmadığını təsdiqləyib.

Sports.az xəbər verir ki, Braziliya klubunun prezidenti ilə erkən razılaşmalara rəğmən, Klaudinyo Qətərdən daha sərfəli maliyyə təklifi aldığı üçün yerli “Əs-Sədd” klubuna keçmək niyyətindədir.

Vurğulanır ki, futbolçunun agentləri “Əl-Sədd”dən əhəmiyyətli məbləğdə haqlarını alaraq bütün gedişatı dayandırmaq qərarına gələndə, “Palmeyras” yarımmüdafiəçiyə görə artıq müqavilə hazırlamış və “Zenit”lə sənəd mübadiləsi aparmışdı.

Daha əvvəl bildirilib ki, Sankt-Peterburq klubu Klaudinyonun satışından 20 milyon avro məbləğində qazanc götürmək niyyətindədir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar