"Qalatasaray"dan şok transfer

"Qalatasaray" "Eyupspor"un forvardı Ahmed Kutucunu transfer edib.
"Sarı-qırmızılar" bu transferə görə futbolçunun keçmiş klubuna 5.962.500 avro ödəyəcək.
Mart ayında 25 yaşı tamam olacaq hücumçu Almaniyada doğulub.
O, daha əvvəl "Şalke 04", "Herakles", "İstanbul Başakşehir" və "Sandhauzen"də çıxış edib.
Türkiyə millisinin də formasını geyinmiş forvard bu mövsüm "Qalatasaray"ın əfsanəsi Arda Turanın baş məşqçisi olduğu klubun heyətində 20 oyunda meydana çıxıb. O, Super Liqada keçirdiyi 18 oyunda 8 qol vurub və 7 məhsuldar ötürmə verib, Türkiyə kubokunda keçirdiyi 2 oyunda isə 1 qola imza atıb.
Ahmed Kutucunun "Qalatasaray"la yeni müqaviləsinin müddəti 3.5 ildir. 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar