Dünya futbolu
"Real" Kimmix mübarizəsinə qoşuldu
28.01.2025 | 22:00
“Bayern”in alman dayaq yarımmüdafiəçisi Yozua Kimmixin Münhen klubundakı gələcəyi qeyri-müəyyən olaraq qalır.
Sports.az xəbər verir ki, “Bayern”lə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq Kimmix Münhen klubu ilə müqaviləsini yeniləməyə tələsmir.
Bu mənzərədə alman futbolçunun xidmətində maraqlı klublar – “Liverpul”, “Barselona”, “Mançester Siti” və PSJ Kimmixi ələ keçirmək üçün öz fürsətlərini gözləyirlər.
Vurğulanır ki, bütün bu “iddiaçılar ordusu”nun marağına rəğmən, Kimmix “Bayern”dən ayrılacağı halda, məhz İspaniya nəhəngi “Real”ın düşərgəsində peyda olacaq. Belə ki, “Real”ın baş skautu Cuni Kalafat alman futbolçunun “qaymaqlılar”ın düşərgəsinə keçidini dəstəkləyir və Kimmixlə daimi əlaqə saxlamaqda davam edir.