Dünya futbolu
İsakla bağlı yeni plan
28.01.2025 | 15:30
“Nyukasl” “sağsağanlar”la müqaviləsinin müddəti 2028-ci ilin yayında sona çatacaq 25 yaşlı isveçli mərkəz hücumçusu Aleksander İsak ilə əmək müqaviləsinin müddətini uzatmaq niyyətindədir.
Sports.az xəbər verir ki, “Nyukasl” heç bir məbləğ müqabilində əsas hücumçusunu satmaq fikrində deyil.
Cari mövsümün sonunda İsakın yeni müqaviləsi ilə bağlı danışıqlar mərhələsinə başlanılması nəzərdə tutulub.
Bu mənzərədə “Barselona”, “Arsenal” və “Fənərbaxça” tərəfindən Aleksander İsaka maraq haqda məlumat ortaya çıxıb.