Dünya futbolu
Neymar güzəştə razıdır
28.01.2025 | 20:00
“Əl-Hilal”ın 32 yaşlı braziliyalı ulduz hücumçusu Neymar doğma klubu “Santos”a qayıtmaq məqsədilə maliyyə güzəştlərinə getməyə razıdır.
Sports.az xəbər verir ki, Neymar “balıqlar”ın düşərgəsinə keçidini sürətləndirmək və bu işdə danışıqların rəvan məcra almasını təmin etmək məqsədilə, Səudiyyə Ərəbistanı klubundan aldığı maaşın böyük hissəsindən imtina etməyə hazırdır.
Vurğulanır ki, Neymarın “Santos”a qayıdışı elə, cari qış transfer pəncərəsində baş tuta bilər. Keçid icarə müqaviəlsini, həmçinin yayda “Əl-Hilal”la başa çatacaq müqavilənin tamamilə ləğvini ehtiva edir.